05 aprel 2026 00:44
151

"Qarabağ"ın U-12 komandası Antalyada turnirə qatıldı

"Qarabağ"ın U-12 komandası "Antalya Friendship Cup 2026" turnirinə qatılıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bununla bağlı "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Gənclər və idman naziri Fərid Qayıbovla birlikdə "Antalya Friendship Cup 2026" turnirinə qatılan "Qarabağ"ın U-12 komandasını ziyarət etdik", - o yazıb.

Səfir və nazir oyunçulara gələcək matçlarda uğurlar arzulayıblar.