Cari ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriya batareyalarının tədris-material bazası və şəxsi heyətin təchizatı yoxlanıldıqdan sonra heyətlər əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, eləcə də fərdi və qrup halında normativləri icra ediblər.
Yeni atəş mövqelərinə çıxarılma, əvvəlcədən müəyyən edilmiş və qəfil aşkar olunmuş hədəflərin dərhal məhv edilməsi tapşırıqları da müvəffəqiyyətlə yerinə yetirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub