01 oktyabr 2026 09:41
77

Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir

"Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir.

“İki sahil” xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, Azərbaycanda azad olunmuş ərazilərdə ilk dəfə bu miqyasda təlim keçirilir. Burada hibrid müharibələrin xüsusiyyətləri nümayiş olunur. A.Eyvazov qeyd edib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edirlər. Eyni zamanda, 9 ölkə - İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində qatılıblar.

"Təlimə 3570 nəfərdən çox şəxsi heyət, 135-dən çox insansız vasitələr, 80-ə yaxın zirehli texnika, 90-dan çox artilleriya sistemləri, 30-a yaxın aviasiya vasitələri, 30-dan çox REM/REK/RL sistemləri, 20-yə yaxın HHM vasitəsi, 8 dəstdən çox mühəndis texnikası, 30 vahidə yaxın dəniz vasitələri cəlb edilib", - Anar Eyvazov bildirib.