Oktyabrın 2-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.
Tərəflər üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli görüşün protokolu imzalanıb.
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub
“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik
Zakir Həsənov Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşlər keçirib