İşğalçı Ermənistan ordusunda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən cinayət hadisələri zamanı iki hərbi qulluqçu xəsarət alaraq hərbi tibb məntəqəsinə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, tank əleyhinə batareyanın kiçik çavuşu Aşot Gevorkyan ilə bölüyün əsgəri Armen Markaryan arasında baş vermiş insident nəticəsində ikinci gözündən xəsarət alıb.
Müqavilə əsasında xidmət edən Rafael Manukyan isə əslən ermənistanlı olduğuna görə Qarabağdan hərbi xidmətə çağırılmış əsgərlər tərəfindən döyülüb.
Xəsarət alan R.Manukyan Xankəndi şəhərindəki hərbi hospitala yerləşdirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub