“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Little Voice” layihəsinin ilk tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Dünya uşaqların gözü ilə” adlı tədbir 9-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Tədbir çərçivəsində doqquz uşaq - spikerin maraqlı çıxışları və istedadlı uşaqların rəqsi, habelə müxtəlif musiqi nömrələri səsləndirilib.
Tədbir uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platforma kimi yadda qalıb.