Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri noyabrın 7-də Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyi bildirir ki, 11 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Hərbi hissədə qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub və məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan döyüş vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin məşqlərini izləyiblər.
Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
"İki sahil"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub