Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Ombudsman təsisatı və təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunmasının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirib.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, monitorinq zamanı aparatın əməkdaşları təhsil müəssisəslərində şəxsi heyətin maddi, məişət şəraitləri, ərzaq, tibbi təminatı və tədrisin vəziyyətini yoxlayaraq, görülən işləri müsbət qiymətləndiriblər.
"İki sahil"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub