18 oktyabr 2017 16:19
699

“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosüjet yerləşdirilib

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində bu gün “Qarabağ” komandasının qonağı olacaq “Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosüjet yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, süjetdə Bakının görməli yerləri tamaşaçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu görüş Azərbaycan və İspaniya klublarının avrokuboklarda ilk qarşılaşmasıdır. “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi ilk iki oyunda xal qazana bilməyib. “Atletiko Madrid” isə iki oyunda cəmi bir xal toplayıb.