Almaniyanın “Ayntraxt” klubu futbolçusu Mario Götsenin müqaviləsini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2028-ci ilin yayına kimidir.
Qeyd edək ki, Götse bu mövsüm "Ayntraxt"da 26 oyunda 2 məhsuldar ötürmə edib.