"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ciddi cəza ilə üzləşə bilər.
“İki sahil” xəbər verir ki, "Sky Sports"un məlumatına görə, ingiltərəli futbolçunun "Bornmut"la matçda qırmızı vərəqə aldıqdan sonra hakimə etirazı və qeyri-etik davranışı İngiltərə Futbol Assosiasiyası tərəfindən araşdırılır.
Bildirilib ki, Maquayr aprelin 2-nə qədər ittihamlara cavab verməlidir. Əgər hakimi təhqir etdiyi sübuta yetirilərsə, onun cəzası bir oyunluq diskvalifikasiyadan daha uzun ola bilər.
Qeyd edək ki, futbolçu artıq "Lids Yunayted"lə oyunu buraxacaq və cəza artırılarsa, "Çelsi" ilə matçda da iştirak etməyəcək.
Xatırladaq ki, bu, Maquayrın "Mançester Yunayted" karyerasında ilk qırmızı vərəqədir.