Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Hərbi Akademiyasında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirə Akademiyanın strukturu, fəaliyyəti barədə brifinq təqdim edilib. Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilib, onların təyinatı və imkanları barədə ətraflı məlumat verilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub