Belarus Azərbaycan ilə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşdə deyib.
Prezident Aleksandr Lukaşenko bildirib ki, iki ölkə arasında əlaqələr heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. “Biz suveren, müstəqil dövlətlərik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə, ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”, - deyə Belarus Prezidenti qeyd edib.
Aleksandr Lukaşenko yaxın vaxtlarda Azərbaycan Prezidenti ilə görüşə ümid bəslədiyini bildirib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub