Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti İrana səfər çərçivəsində Gilan vilayətinin rəhbəri Mustafa Salari ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Salari İran-Azərbaycan münasibətlərinin tarix boyu yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, Azərbaycan dənizçilərinin İrana səfərindən məmnunluğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov Ali Baş Komandan İlham Əliyevin Xəzər dənizinin dostluq və qardaşlıq dənizi olduğunu bildirdiyini qeyd edərək, bu cür səfərlərin qarşılıqlı və davamlı olacağına inandığını söyləyib.
Sonda dənizçilərimiz Rəşt muzeyini ziyarət ediblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub