İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət sərgi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşib.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. O deyib ki, “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 10-dan çox sənət əsəri ziyarətçilərin ixtiyarına verilib. Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və turistlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində açılan sərgi insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin altı və bazar günləri təşkil edilir.
Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir
Konfransda Xaqani irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb
Montrö Klassik Musiqi Festivalında ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir