15 sentyabr 2026 10:14
84

Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans davam edir

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfrans işini bölmə iclasları ilə davam etdirir.

“İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA, Müsəlman Ağsaqqalları Şurasıdır.

Konfransda Seyid Yəhya Bakuvinin fəlsəfi irsində mötədil İslam nəzəriyyəsi və Türk dünyasının mənəvi inteqrasiyasındakı yeri, Avrasiya və Qafqaz xalqlarının mənəvi inkişafında Bakuvi təsəvvüf məktəbinin rolu, Qlobal təsirlər fonunda, qadın haqları və gənclərin mənəvi maariflənməsi sahəsində Bakuvi nəzəriyyəsi, ənənəvi məktəblər, müasir və innovativ metodlar, Bakuvi irsinin insan qardaşlığı və multikulturalizm ideyalarının yayılmasına töhfələri, Bakuvinin ekstremizm, ksenofobiya və separatizm ideyalarına qarşı mötədil İslam təfəkkürü mövzuları ətrafında çıxışlar dinlənilir, müzakirələr aparılır.