“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazları liderlər sırasına daxil olublar.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2-ci mərhələnin yekun nəticələrinə görə Rusiya və Belarusdan sonra 3-cü yeri tutan Azərbaycan hərbi aşpazları 3-cü mərhələdə Belarus nümayəndələrini arxada qoyaraq 2-ci yerə yüksəliblər.
Milli mətbəximizi yüksək səviyyədə təqdim edən hərbi aşpazlarımızın yarışlardakı uğurlu iştirakı davam edir.
Məhərrəm Ağalaroğlu
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub