“Dəniz kuboku - 2017” müsabiqəsinin yeni yarış həftəsi zamanı Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri avqustun 7-də müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodu, növbəti gün isə “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodu yerinə yetirəcəklər.
"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, növbəti mərhələdə isə hərbi dənizçilər dəniz hazırlığı üzrə yarışlarda iştirak edəcəklər.
Məhərrəm Ağalaroğlu
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub