“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib. Bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib.
"İki sahil"in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkar ediblər. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul edilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş təminatı gəmiləri dəstəsi qısa müddətdə reyd avadanlıqlarını təsdiq olunmuş döyüş atışları normalarına uyğun hazırlanmasını təmin edəcəklər.
Məhərrəm Ağalaroğlu
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub