Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqənin bu epizodunda Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.
Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.
Məhərrəm Ağalaroğlu
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub