“Azərbaycan Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda təcrübəsini öyrənir”.
APA-nın məlumatına görə, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.
O, rusiyalı həmkarı Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi apardığını bildirib. “Dünyada hərbçilərin bütün son hərbi münaqişələrin öyrənilməsi təcrübəsi var. Şübhəsiz ki, biz Rusiyanın Suriyada hərbi əməliyyatlardakı təcrübəsini öyrənirik”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan bu təcrübənin regionda tətbiqinin imkanlarını araşdırır. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfinə müvafiq məlumatlar təqdim edib. Həmin məlumatlar hazırda nəzərdən keçirilir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub