Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermir, döyüş zonasında gərginlik artır.
Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
O bildirib: “Son illərdə döyüş zonasında, erməni qoşunlarının Azərbaycan qoşunlarının qarşısında yerləşdiyi mövqelərdə gərginlik artan xətt üzrə davam edir. Bunun bir səbəbi var: Azərbaycan torpaqlarının işğalı. Qalanları bunun nəticəsidir. İşğal olunan ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir”.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağda qarşıdurma xəttində vəziyyət qəlizləşir və bu bəzən lokal döyüşlərə çevrilir. “Bu, normal haldır. İki düşmən ordu üz-üzə durduğu müddətdə bu baş verəcək. Amma zərbə məqsədyönlü şəkildə dinc sakinlərə vurulursa, bu, artıq cinayətdir”.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub