Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş medal təsis edilib.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklilər müzakirəyə çıxarılıb.
Medal haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Ordusunun 100 illiyi tarixi bir hadisədir.
O qeyd edib ki, medalda Azərbaycan dövlətçiliyinin atributları, həm də milli atributlar öz əksini tapıb.
Təklif səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, gələn il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunacaq.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub