Bu gün yerli vaxtla 7:50 radələrində İzmirin Konak rayonunda NATO-ya məxsus hərbi hissə ilə qəbiristanlıq arasındakı ərazidə güclü partlayış olub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ətrafına çəkilmiş divar uçub, yaxınlıqdakı binaların pəncərə şüşələri qırılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, partlayış Toros qəbiristanlığı ilə NATO-ya aid ərazini dövrəyə alan yerin kəsişdiyi bölgədəki hasarın dibində meydana gəlib.
Partlayışda ölən və yaralanan olmayıb. Polis hadisə yerini əhatəyə alıb, araşdırma aparılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub