“Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb. Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir".
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
"Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir.
Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”, - deyə Müdafiə Nazirliyindən bildiriblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub