Rusiyanın Saratov Dövlət Universitetindən olan alimlər maraqlı layihəyə imza atıblar.
Publika.az xəbər verir ki, mütəxəssislər əldə olunan xüsusi materiallarla hazırlanacaq uniformaların rus əsgərlərini düşmən cihazlarından qoruyacağını bildiriblər. Alimlər iddia edir ki, xüsusi uniforma əsgərləri düşmənin xüsusi texnikası qarşısında gözünməz edəcək.
Rus mətbuatında mövzu ilə bağlı çap olunan bəyanatda bu innovasiya texnologiyasının yaxın gələcəkdə müdafiə sahəsində geniş şəkildə istifadə ediləcəyi qeyd olunub.
Gözünməzlik uniformasının 2017-ci ilin avqust ayına qədər tamamlanıb test edilməsi planlaşdırılır.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub