ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
“İki sahil” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən informasiya verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Məhərrəm Ağalaroğlu
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub