“Qarabağda hərbi sabitlik artıq olmayacaq və gərgin vəziyyət getdikcə daha da şidətlənəcək”.
Publika.az xəbər verir ki, bu bardə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistan mediasına müsahibəsində deyib.
Lakin rusiyalı politoloq hesab edir ki, Qarabağda gərgin vəziyyət diplomatlar üçün yaxşı fürsətdir: “Çünki onlar bu haqda hesabat verə bilərlər ki, razılaşmaların reallaşması istiqamətində işləyirlər”.
Q.Trofimçuk təmas xəttində ATƏT müşahidəçilərinin sayının 7-yə çatdırılmasına da münasibət bildirib.
“Müşahidəçilərin sayının artırılması hələlik simvolik xarakter daşıyır. Çünki təmas xəttinin ölçüsü böyükdür və bu qədər insan ora nəzarət edə bilməz”, - deyə o bildirib.
Rusiyalı politoloq Qarabağda təhlükəli vəziyyətin yaranmasının digər səbəbini də açıqlayıb: “Məsələ ondadır ki, artıq münaqişə tərəfləri hücum etdiklərini gizlətmir və zərbələrdən sonra bu haqda açıq şəkildə danışırlar. Bu, proseslərin neqativ inkişafı deməkdir”.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub