Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri tərəfindən mayın 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 494 qəlpə, 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticə etibarilə 25 357 kvadratmetr ərazi tam təmizlənib, 28 300 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub