15 may 2017 17:51
309

Futbolçumuz Portuqaliyada qeyri-adi olayla üzləşdi

Millimizin üzvü, Portuqaliyanın “Sportinq” klubunun B komandasında çıxış edən Budaq Nəsirov qeyri-adi olayla üzləşib.

Qol.az-ın məlumatına görə, o,  41-ci turda “Akademika” ilə matçda  meydandan kənarda olduğu halda rəqib komandaya penalti qazandırıb.

İsinmə hərəkətləri edən B. Nəsirov top qapı xəttindən çıxarkən topa əli müdaxilə edib. Bu zaman oyunun baş hakimi qaydalara uyğun olaraq “Sportinq”in qapısına penalti təyin edib, Nəsirov isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, B.Nəsirov görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

Əlavə edək ki, sözügedən qarşılaşma "Sportinq" 1:2 hesabı ilə uduzub.