Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov İstanbulda keçirilən “İDEF - 2017” hərbi sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Fikri İşıqla görüşüb.
APA-nın Türkiyə müxbirinin xəbərinə görə, Y. Camalov sərginin yüksək səviyyədə təşkil olunduğunu deyib.
O, bu gün ASELSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə imzalanacağını deyib.
Nazirlər arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub