Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “İnsan genetikasına müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin akademiki Vladimir Zelman, Merilend Universitetinin akademiki Roald Saqdeev, Los Anceles Universitetinin əməkdaşı Nataliya Pastuşenko, Moskva Dövlət Universitetinin əməkdaşı Yelena Popova və azərbaycanlı mütəxəssislər iştirak ediblər.
Konfransda insan genetikasının formalaşması problemlərinin müxtəlif aspektləri, bu sahə ilə məşğul olan alim və mütəxəssislərin əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, molekulyar biologiya, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılması, tibdə yeni texnologiyaların tətbiqi imkanlarının öyrənilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub