Ukrayna və Azərbaycanın Müdafiə Nazirliyi fəal əməkdaşlıq edir və təcrübə mübadiləsi həyata keçirir.
Bu barədə "Report"un Ukrayna bürosuna Ukraynanın müdafiə nazirinin müavini İqor Pavlovski bildirib.
Nazir müavini Ukrayna Müdafiə Nazirliyinin nümayəndə heyətinin sonuncu dəfə bu il Azərbaycana səfər etdiyini xatırladıb.
"Ukrayna və Azərbaycan hökumətləri arasında çox mühüm sənədlər imzalanıb, protkollarda müdafiə sahəsində əməkdaşlığımızın inkişafının bütün perspektivləri qeyd edilib. Bizdə daimi təcrübə mübadiləsi həyata keçirilir. Biz aviasiya, təyyarə təmiri, bu və ya digər komponentlərin idxal əvəzlənməsi sahəsində əməkdaşlıq edirik. Ümumilikdə 12-15 birgə iş istiqaməti mövcuddur", - İ.Pavlovski vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna 2018-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin səfərini gözləyir.
"Gələn il Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri planlaşdırılır. Həmkarlarımızı qarşılamağa hazırlaşırıq", - İ.Pavlovski deyib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub