İspaniya çempionatının 27-ci turunda “Valensiya” səfərdə “Malaqa”nı minimal hesabla məğlub edib.
Publika.az xəbər verir ki, oyunda ən yaddaqalan məqam qonaqlara qələbə gətirən qolun meydan sahiblərinin qapıçısı tərəfindən vurulmasıdır.
Belə ki, “Malaqa”nın təcrübəli qolkiperi Karlos Kameni ilk hissənin sonlarında qapı qarşısına havalandırılan topu voleybol zərbəsiylə qola çevirib. Bu avtoqola görə kamerunlu qolkiper sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. Şərhlərdə onun rahatca voleybol çempionatında oynaya biləcəyini yazanlar da olub. Bəziləri isə onun qəsdən “fərqləndiyini” yazıb.
Kameni cari mövsümdə La Liqada 26 oyuna çıxıb və qapısından 23 top buraxıb. Kamerun millisində isə 73 oyun keçirib.