10-14 may tarixlərində keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlaşan şose velosipedi üzrə yığma komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında iştirak edir. “İki sahil” xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı 2 mərhələli yarışında məşqçi Elçin Əsədovun rəhbərliyi altında 6 velosipedçimiz mübarizə aparır.
Yarışın 1-ci mərhələsində idmançılarımızdan ən yüksək nəticəni Musa Mikayılzadə göstərib - o, ağır dağ marşrutu üzrə 146 km məsafəni 3 saat, 27 dəqiqə, 55 saniyəyə qət edərək, starta çıxan 87 velosipedçi arasında 4-cü olub. 2-ci mərhələdə iştirakçılar 163 km məsafə qət edəcəklər.
Qeyd edək ki, Musa Mikayılzadə bir neçə gün əvvəl Özbəkistanda təşkil olunan 2.2 kateqoriyalı “Grand Prix Fergana” yarışında ümumi təsnifatda 5-ci olmaqla 15 reytinq xalı da qazanıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov