ABŞ-da hava limanında təyyarə ilə maral toqquşub
ABŞ-ın Şimali Karolina ştatında yerləşən "Şarlot-Duqlas" hava limanında təyyarə ilə maral toqquşub.
Bu barədə "Fox46" məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə baş verən zaman təyyarənin göyərtəsində 44 sərnişin olub.
Hava limanının uçuş-enmə zolağı bağlanıb. Heyvanın taleyi barədə isə məlumat verilmir.