25 noyabr 2026 11:07
63

Qazaxıstan XİN-də Rusiya səfiri ilə G20 sammitinin gündəliyi müzakirə edilib

Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Yerjan Aşıkbayev Rusiyanın respublikadakı səfiri Aleksey Borodavkinlə görüş keçirib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, Qazaxıstan xarici siyasət idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qarşıdan gələn beynəlxalq tədbirlər, o cümlədən ABŞ-də keçiriləcək G20 sammiti müzakirə olunub.

"Görüş zamanı tərəflər BMT çərçivəsində çoxtərəfli əməkdaşlığın aktual məsələlərini və Əbu-Dabi şəhərində (BƏƏ) keçiriləcək BMT-nin Su Ehtiyatları Konfransına hazırlığı müzakirə ediblər. Tərəflər həmçinin süni intellekt texnologiyalarının tənzimlənməsi və istifadəsi sahəsində beynəlxalq təşəbbüslər, eləcə də ABŞ-də keçiriləcək "Böyük iyirmilik" (G20) sammitinin gündəliyi üzrə fikir mübadiləsi aparıblar", — deyə məlumatda bildirilir.

Bundan əlavə, görüşdə Qazaxıstanın BMT strukturunda Beynəlxalq Su Təşkilatının yaradılması təşəbbüsünün irəli sürülməsinə xüsusi diqqət yetirilib və bu kontekstdə BMT-nin ixtisaslaşmış platformalarında iki ölkənin sıx qarşılıqlı fəaliyyətinin, habelə regional strukturlar çərçivəsində və ikitərəfli kanallarla qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Qazaxıstan XİN-dən bildiriblər ki, görüşün yekunlarına əsasən tərəflər əməkdaşlığın möhkəmləndirilməsində və əldə olunmuş razılaşmaların həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

BMT-nin Su Ehtiyatları Konfransı dekabrın 8-10-da BƏƏ-də, G20 sammiti isə dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək.