25 noyabr 2026 10:55
87

"Politico": Aİ institutlarının əməkdaşları təhlükəsizliklərindən narahatdırlar

Avropa İttifaqı (Aİ) institutlarının əməkdaşları fəalların keçirdiyi kampaniyalar səbəbindən Brüsseldəki ictimai tədbirlərdə öz təhlükəsizlikləri ilə bağlı narahatlıqlarını ifadə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.

Bundan əvvəl pestisidlərin geniş istifadəsinə qarşı çıxan fəallar Avropa Onkoloji Sammitindəki çıxışı zamanı səhiyyə və baytarlıq məsələləri üzrə avrokomissar Oliver Varheyiyə külə bənzər naməlum toz atıblar.

"Səfərlər zamanı təhlükəsizliyimiz əla təmin olunur. Problemlər yerli tədbirlərdə yaranır", — deyə adı açıqlanmayan məmur bildirib.

Onun sözlərinə görə, şəxsi mühafizə əməkdaşları səyyar tədbirlər zamanı işə cəlb olunsalar da, Brüsseldəki çıxışlar zamanı onların xidmətlərindən istifadə edilmir.