24 noyabr 2026 18:51
84

Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir

Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması regionda əməkdaşlığın inkişafına mühüm töhfə verir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda və Azərbaycanda gənclər düşərgələrinin yaradılması ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlığın bariz nümunəsidir.