16 noyabr 2026 21:56
67

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər

Çin, ABŞ və Rusiyanın dövlət başçıları üçtərəfli görüşdə dünyada sülhün qorunması və böyük dövlətlər arasındakı münasibətlərdə strateji sabitliyin təmin edilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparacaqlar.

“İki sahil” xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin gündəlik media brifinqində bildirib. Çin, ABŞ və Rusiyanın BMT-nin təsisçi üzvləri və qurumun Təhlükəsizlik Şurasının daimi üzvləri olduğunu xatırladan XİN rəsmisi vurğulayıb ki, bu 3 ölkə dünya antifaşist müharibəsində qələbə qazanmaq üçün çiyin-çiyinə vuruşub.

Mao Nin bildirib ki, mövcud şəraitdə bu 3 ölkə qlobal çağırışların həlli, həmçinin dünyada sülhün və sabitliyin təşviqi istiqamətində birgə fəaliyyət göstərmək üçün mühüm məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, əlaqələrin gücləndirilməsi, fikir ayrılıqlarının idarə olunması və sabit münasibətlərin qorunub saxlanılması hər üç ölkənin maraqlarına uyğundur. "Bu, həm də beynəlxalq ictimaiyyətin gözləntisidir və qlobal sabitliyə, eləcə də dialoq və əməkdaşlığa töhfə verir”, - deyə Çin XİN rəsmisi bildirib.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı olan APEC-in noyabrın 18-19-da Çinin Şencen şəhərində keçiriləcək 33-cü zirvə toplantısı çərçivəsində Çin, ABŞ və Rusiya dövlət başçılarının üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüş beynəlxalq siyasətdə böyük geosiyasi əhəmiyyət daşıya biləcək hadisə hesab olunur.