ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək üçtərəfli görüşdə Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, Tramp bu barədə bazar ertəsi Asiya səfərinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib.
“Biz mənim sevimli mövzum olan Ukrayna haqqında danışacağıq. Ukrayna uduzur. Rusiya isə ay ərzində 25 min əsgər itirir. Buna görə də bu məsələni müzakirə edəcəyik”, – deyə Tramp qeyd edib.
Ötən cümə günü Tramp administrasiyasının rəsmiləri üçtərəfli görüşdə əsas diqqətin nüvə tərk-silahı və İranla bağlı məsələlərə yönələcəyini, Ukraynadakı müharibənin isə müzakirə olunmayacağını açıqlamışdılar.