09 noyabr 2026 09:16
74

Rubio: ABŞ Ukrayna münaqişəsinin həllində irəliləyiş gözləyir

ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşıdakı danışıqlarda irəliləyiş əldə oluna biləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Marko Rubio jurnalistlərə deyib.

“Bəlkə də sabah Əbu-Dabidə Cared və Stiv orada olarkən müəyyən irəliləyişə nail olmaq mümkün olacaq”, – deyə dövlət katibi bildirib.

O qeyd edib ki, Ukrayna və Avropa üçün təhlükəsizlik zəmanətləri məsələsinin müzakirəsinə başlamaq üçün “münaqişəni aradan qaldırmaq lazımdır”.

“Rusiya-Ukrayna münasibətləri barədə danışdığımız bütün müddət ərzində təhlükəsizlik zəmanətlərinə ehtiyac məsələsi daim gündəmə gətirilib. Müharibədən sonrakı dövrdə Ukraynanın, daha geniş mənada isə Avropa qitəsinin təhlükəsizlik infrastrukturu necə olacaq?”, – deyə Rubio bildirib.