09 noyabr 2026 09:23
90

Serbiya parlamentinin sədri "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini dialoqa çağırıb

Serbiya parlamentinin sədri, hazırda prezident səlahiyyətlərini icra edən Ana Brnabiç "Tələbə Siyahısı" hərəkatı nümayəndələrini qanunverici orqanın 15-ci çağırışının təsis iclasına hazırlıq məqsədilə dialoqa dəvət edib.

“İki sahil” xəbər verir ki, A.Brnabiç bu barədə "TV Pink" telekanalının "Hit Tvit" proqramında çıxışında bildirib.

Onun sözlərinə görə, dialoqun gələn həftə ərzində keçirilməsi təklif olunur.

"Ən yaxşı demokratik təcrübələrə uyğun olaraq onları gələn həftə ərzində dialoqa qoşulmağa dəvət edirəm ki, Xalq Məclisinin 15-ci çağırışının formalaşdırılmasına hazırlaşaq. Əgər bunu etməsələr, bu, belə dialoqun keçirilmədiyi ilk hal olacaq", - o qeyd edib.

A. Brnabiç əlavə edib ki, Serbiya parlamenti tarixində ilk dəfədir ki, parlament çoxluğunun heç bir nümayəndəsi yeni çağırış parlamentin ilk iclasının təşkili ilə bağlı müzakirələrə başlamaq üçün parlamentin müvafiq xidmətlərinə müraciət etməyib.