09 noyabr 2026 09:44
84

Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam şəkildə kompensasiya etməlidir.

“İki sahil” xəbər verir ki, o, bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.

"Bizim müdafiə etdiyimiz ölkələr müharibə zamanı çəkdiyimiz bütün xərcləri istisnasız olaraq ödəməlidir. Çünki biz olmasaydıq, onların mövcudluğu belə mümkün olmazdı. Biz olmasaydıq, İsrail də olmazdı", - Tramp deyib.

ABŞ lideri administrasiyasının İsrailin təhlükəsizliyinin təmin olunmasındakı rolunu da vurğulayıb.

"Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı", - ABŞ Prezidenti fikirlərini təkrarlayıb.