07 noyabr 2026 20:56
93

8 Noyabr – Şuşa şəhəri Günüdür

İlin hər günü Şuşa Şəhəri günüdür!..

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu müharibədən əvvəl Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyevin dediyi bir tarixi kəlam Azərbaycan dövlətçiliyinə dön­məz sədaqətin ifadəsi kimi təsdiqləmişdi ki, Azərbaycan bu işğalla heç zaman barışmayacaq. Barışmadı da. Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə, qətiyyətli döyüşü ilə tarixi ədaləti bərpa etdi...

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində, ma­hiy­yət baxımından Vətən müharibəsində, xarakter baxımından ədalətli müharibədə tarixi Zəfər qa­zandı. Ordu­mu­zun ilk qələbələri müharibənin başladığı gün oldu. Ordu hissələrimiz həmin gün Füzuli rayonunun Qa­ra­xanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Bö­yük Mərcanlı və Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərində mühüm strateji yük­sək­­lik­ləri işğaldan azad etdi. Bu qələbələr ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji ha­zır­lı­ğı­nın döyüş əzmini, qələbə ruhunu yüksəltdi...

Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa mü­ra­ciətində dedi ki, "Dünyada heç bir qüvvə bizi haqq yolun­dan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bil­məz. Biz haqq yolundayıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı geri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edəcəyik"...

Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsi başlayanda de­yirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu fikir Azərbaycan Ordusunun müharibə manifesti idi. Mövqe qələbələri uğrunda döyüşlər bilavasitə Şuşanın iş­ğaldan azad edil­mə­sinə yönəldilirdi, Şuşa döyüşlərində qazanılacaq qələbə isə özlüyündə Böyük Qələbə olacaqdı.

Ordu hissələrimiz, xüsusi təyinatlılarımız sonralar Zəfər yolu adlandırılacaq yol ilə döyüşə-döyüşə irəlilədi, düşməni əzib keçdi, dağlıq massivlərdən, əlverişsiz coğrafi relyefli ərazilərdən ke­çərək Şuşaya yaxınlaşdı. Müqayisəyəgəlməz bir hücumla Şuşanı işğaldan azad etdi. Bu Qələbə mühari­bə­nin sonlandırılmasında həlledici oldu. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı, Azər­baycan ordusu tarixi Zəfər qazandı...

2021-ci il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şu­şa­da Qələbə bayrağımızı dalğalandırdı. Bu tarixi hadisənin sevinci kimi dövlət başçımızın Fəxri Xi­ya­­ban­da dedikləri də za­man-zaman qürurla xatırlanacaq. Bu qürur hadisənin mahiyyəti kimi ya­şanıldı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiy­yə­tini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, bö­yük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azər­bay­can! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”...

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəz­lə­rindən biri olub. 1977-ci ildə böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəb­büsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdi. Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə tarixi-mə­dəni əhə­­­miy­­yətinə görə, Azər­baycan xalqı üçün müstəsna mənəvi dəyərinə görə Şuşa şəhəri Azərbay­ca­nın mədəniyyət paytaxtı elan edildi.

2021-ci il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haq­qında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şu­şa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təş­ki­lati əsas­­larını müəyyən etdi. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoru­ğu­nun yaradılması da Şuşanın hansı səviyyədə ehtiramla əhatələndiyinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sə­rən­camı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli”, 2022-ci il martın 31-də Türkiyə Res­­­publikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv öl­kələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sə­rən­camı dövlətçiliyə sədaqət baxımın­dan təkcə Azərbaycan vətəndaşlarını deyil, dünyanın bəşəri dövlətlə­ri­nin, bu dövlətlərin vətəndaş­la­rının da ehtiramına səbəb oldu. Bu sərəncama əsasən, işğal­dan azad edilmiş şəhər günləri müəyyənləşdirildi. Bu, tarixi həm də tarixin özündə yaşatmaq niy­yə­tidir, bə­şə­ri niyyətdir. Bu niyyət dünya dövlətlərinə humanist bir məqsədin dönməzliyinə ehtira­ma ça­ğırı­ş niyyətidir – Sülh, cahanda sülh. 8 Noyabr Şuşa şəhəri Günü kimi tarixləşdi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il oktyabrın 21-də “Şuşa şə­hərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Bu, tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın yaxın gələcəkdə daha da gözəl­ləşə­cə­yi­nin zəmanətidir.

Şuşada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri yenidən əv­vəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan son­­ra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzə­rindəki Şu­şa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. Şuşada 450 mənzildən iba­­rət 23 bina istifadəyə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tə­rəf­daşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir.

110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimat mərasimi, Vaqif Poeziya Günləri keçirildi, Şuşa şəhərində Dünya Azər­baycanlılarının V Qurultayı, Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa­nın rəsmi qarşılanma mərasimi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbü­lün ev-muzeyinin, Üzeyir Ha­cı­bəylinin heykə­li­nin açılışı oldu, ...

Ruhumuzun şəhəri olan Şuşa həm yenidən qurulur, həm də gözəlləşir. Bu gözəlləşmə də Şuşa şəhəri Gü­nündə istər sakinlərə, istər həmin gün Şuşada olan turistlərə, istərsə də xəyalı Şuşa­dan üzülməyənlərimizə gözəl könül xoşluğu verir. Ruhumuz deyir ki, ilin hər günü Şuşa Şəhəri gü­nü­dür!..

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı