07 noyabr 2026 16:40
229

Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib

Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb.

“İki sahil” "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib.

İran tərəfinin iddiasına görə, gəmidə naviqasiya sistemləri söndürülüb, heyət isə dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb.

Zərərçəkənlər barədə məlumat daxil olmayıb.