Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyini dəstəkləyəcək.
“İki sahil” "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tacikistan Prezidenti Emoməli Rahmonla danışıqlardan sonra mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Qazaxıstan 2028-2029-cu illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi üçün Tacikistanın namizədliyinin irəli sürülməsini müsbət qarşılayıb. Əlbəttə ki, Tacikistanın namizədliyini dəstəkləyəcəyik", - o deyib.
Tokayevin sözlərinə görə, iki ölkə arasında bütün istiqamətlər üzrə işlərin sistemləşdirilməsi üçün tərəflər 2030-cu ilə qədər Qazaxıstan və Tacikistan arasında Kompleks Əməkdaşlıq Planını hazırlayacaq və qəbul edəcəklər.
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb