06 noyabr 2026 13:46
168

Sahil Babayev: Təhsildə adambaşına maliyyələşdirilmə genişləndiriləcək

Cari il ərzində müəyyən sayda təhsil müəssisəsi adambaşına maliyyələşmə mexanizminə keçid edib. Növbəti ildən etibarən isə bu proses daha geniş miqyas alacaq.

“İki sahil” xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, adambaşına maliyyələşmə olduqca səmərəli mexanizmdir:

"Biz mərhələli qaydada ümumi təhsil sahəsində, bundan sonra isə ardıcıl olaraq ilkin təhsil pilləsində, məktəbəqədər təhsil pilləsində də adambaşına maliyyələşmə mexanizminin tətbiqini genişləndirəcəyik və artıracağıq".