04 noyabr 2026 12:17
145

Pakistan öz istehsalı olan ilk "hava-hava" sinifli raketini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri milli istehsal olan ilk "hava-hava" sinifli "Faaz" raketinin uğurlu sınaqlarını həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası İdarəsi (ISPR) məlumat yayıb.

İdarənin məlumatına görə, raket rəqibin hava hədəflərini böyük məsafələrdə vurmağa imkan verən qabaqcıl özünütuşlama sistemi ilə təchiz olunub. ISPR-də qeyd ediblər ki, "Faaz"ın silahlanmaya qəbul edilməsi Pakistan Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını xeyli genişləndirəcək və ölkənin müdafiə qabiliyyətini möhkəmlındirəcək.