03 noyabr 2026 09:53
106

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub

ABŞ-nin Florida ştatında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində milyonçunun ailə üzvləri də daxil olmaqla, doqquz nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti məlumat yayıb.

Məlumata görə, noyabrın 1-də Palm Biç dairəsində, Qrinakres yaxınlığında “Learjet 60” tipli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində texnologiya şirkətinin rəhbəri, həyat yoldaşı, 4 və 2 yaşlı uşaqları, dayə, ailə dostları və iki pilot olub. Qəza nəticəsində onların hamısı həyatını itirib.

Qəzanın səbəbləri araşdırılır. İlkin məlumatlara görə, təyyarə toqquşmadan əvvəl güclü turbulentliklə qarşılaşıb və dağılmağa başlayıb.